İranda daha bir qəzetə qarşı cinayət işi açıldı

İranda daha bir qəzetə qarşı cinayət işi açıldı

Tehran şəhərinin prokurorluğu iqtisadi qəzet olan “Cahani sənət”ə qarşı cinayət işi açıb.

AzerTimes xəbər verir ki, bu barədə qəzet məlumat yayıb.

Qəzet “cəmiyyətin psixoloji təhlükəsizliyini pozmağa və ölkənin iqtisadi mühitini gərginləşdirməyə yönəlmiş materiallar dərc etmək”də günahlandırılıb.

Qeyd edək ki, “Cahani sənət” qəzeti aprelin 14-də İran və İsrail arasındakı gərginliyin iqtisadi nəticələri və birjanın çökməsi ilə bağlı yazı dərc edib.

Teqlər: