İranda daha bir məhbus işgəncə altında öldürüldü

İranda daha bir məhbus işgəncə altında öldürüldü

İranın Kirmanşah əyalətinin Gilanqərb şəhərində adam öldürməkdə şübhəli bilinən şəxs həbsxanada işgəncə altında öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məsələnin ictimailəşməsindən sonra Gilanqərbin Ümumi və İnqilab Prokurorluğu bəyanat yayaraq hadisəni təsdiq etsə də, məhbusun ürək tutmasından öldüyünü iddia edib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Gilan əyalətinin Lahican rayonunun polis təcridxanasında Mir Musəvi adlı məhkum işgəncə ilə öldürülmüşdü.

Teqlər: