Tehran prokurorluğu İranın məşhur tənqidçi media qurumlarından olan “Həm çihən” qəzetinə qarşı cinayət işi açıb.
AzerTimes xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin saytı “Mizan” məlumat yayıb.
Bildirilib ki, cinayət işi qəzetin sosial media hesabında “sual doğuran materialın paylaşılması”na görə açılıb.
Bununla yanaşı, qəzetin baş redaktoru Qulamhüseyn Kərbasçı da cinayət məsuliyyətinə cəlb olunub.
Prokurorluğun məlumatında qəzetin hansı məzmunlu material paylaşması barədə açıqlama verilməyib.