İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində Zəbir Zirkari edam edilib.
AzerTimes xəbər verir ki, 32 yaşlı bəluc məhkumun noyabrın 28-də narkotik maddələrin alverində günahlandırıldığı üçün dar ağacından asıldığı bildirilir.
Bu barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediasının məlumat yaymadığı vurğulanır.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.