Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 3 309 nəfər koronavirusa (COVID-19) yoluxub, 90 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 130 446 nəfərə, yoluxanların sayı isə 6 144 644 nəfərə çatıb. Virus daşıyıcılarından 3 185 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 943 467 nəfər koronavirusdan sağalıb, 39,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 108 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,81 milyon təşkil edir.