İranda daha 72 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 1 323 nəfər koronavirusa (COVID-19)
yoluxub, 72 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 139 550 nəfərə,
yoluxanların sayı isə 7 139 217 nəfərə çatıb. Virus
daşıyıcılarından 2 082 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 817 172 nəfər koronavirusdan sağalıb, 48,6
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 146 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 25,6 milyon təşkil
edir.