Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 23 130 nəfər koronavirusa (COVID-19) yoluxub, 64 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 745 nəfərə, yoluxanların sayı isə 6 543 837 nəfərə çatıb. Virus daşıyıcılarından 2 282 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 138 692 nəfər koronavirusdan sağalıb, 45,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 135 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 19,3 milyon təşkil edir.