Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 37 395 nəfər koronavirusa (COVID-19) yoluxub, 61 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 624 nəfərə, yoluxanların sayı isə 6 483 799 nəfərə çatıb. Virus daşıyıcılarından 1 945 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 121 353 nəfər koronavirusdan sağalıb, 45 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 134 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 18,7 milyon təşkil edir.