İranın Sircan, Kərəc, Kirman və Xurrəmabad şəhərlərinin həbsxanalarında 6 məhkum edam edilib.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Edam edilənlərin qətl və narkotik maddələrin alverində günahlandırıldığı bildirilib.
Qeyd edək ki, İranda 2023-cü ilin ilk ayında icra edilən edam sayı öncəki ilin eyni dövrünə nisbətdə təxminən 80% artıb.