Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 583 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 99 691 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 39 174 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 556 417 nəfərə çatıb. Virus daşıyıcılarından 7 490 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 3 814 127 nəfər koronavirusdan sağalıb, 27,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 21,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 16 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 5,06 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 30 rayon sarı zona hesab olunur.