Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 1 968 nəfər koronavirusa (COVID-19) yoluxub, 50 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 083 nəfərə, yoluxanların sayı isə 6 170 979 nəfərə çatıb. Virus daşıyıcılarından 2 876 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 004 277 nəfər koronavirusdan sağalıb, 40,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 113 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 3,77 milyon təşkil edir.