İranda daha beş nəfər edam edilib.
AzerTimes verir ki, bu barədə Əlborz vilayətinin baş hakimi Hüseyn Fazili Hərikəndi məlumat verib.
Məlumata əsasən, hökm İranın Kərəc Mərkəzi Həbsxanasında həyata keçirilib.
Hakimin sözlərinə görə, edam olunan şəxslər Kərəc və digər vilayətlərdə silahlı soyğunçuluqla məşğul olublar.
Qeyd edək ki, 2 gün öncə İranın Bircənd, Kaşan, Qorqan və Həmədan şəhərlərinin həbsxanalarında 11 məhkumun edam edildiyi haqda məlumat yayılmışdı.