İranda daha 45 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 1 936 nəfər koronavirusa (COVID-19) yoluxub, 45 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 572 nəfərə, yoluxanların sayı isə 6 192 618 nəfərə çatıb. Virus daşıyıcılarından 2 713 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 034 821 nəfər koronavirusdan sağalıb, 41,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 119 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 7,47 milyon təşkil edir.