İranda daha 39 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 2 894 nəfər koronavirusa (COVID-19)
yoluxub, 39 nəfər ölüb.

Trend-in
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 616 nəfərə,
yoluxanların sayı isə 7 191 643 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 558 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 918 860 nəfər koronavirusdan sağalıb, 50
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 148 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,1 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 26,5 milyon təşkil
edir.