Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 1 932 nəfər koronavirusa (COVID-19) yoluxub, 37 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 915 nəfərə, yoluxanların sayı isə 6 208 337 nəfərə çatıb. Virus daşıyıcılarından 1 692 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 053 241 nəfər koronavirusdan sağalıb, 42,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 123 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 10,6 milyon təşkil edir.