İranın İsfahan şəhərində 35 sosial media kanalı bağlanıb, kanal adminləri barəsində cinayət işi açılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsfahan Polis İdarəsi məlumat yayıb.
Rəsmi məlumatda həmin kanalların Qərb dəyərləri və yaşayış tərzini təbliğ etdikləri üçün bağlanıldığı bildirilib.
Qeyd edək ki, son 1 ay ərzində yüzlərlə oxşar sosial media hesabı “antimədəniyyət təbliğatçıları” bəhanəsilə bağlanıb.