İranda daha 26 nəfər koronvirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 701 nəfər koronavirusa (COVID-19) yoluxub, 26 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 847 nəfərə, yoluxanların sayı isə 6 204 925 nəfərə çatıb. Virus daşıyıcılarından 1 889 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 6 050 483 nəfər koronavirusdan sağalıb, 42,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 122 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 9,84 milyon təşkil edir.