İranda daha 229 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 229 nəfər koronavirusdan (COVID-19) ölüb, 12 428 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 121 109 nəfərə, yoluxanların sayı isə 5 624 128 nəfərə çatıb. Virus daşıyıcılarından 5 758 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 095 627 nəfər koronavirusdan sağalıb, 32,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 57,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 40,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 16,7 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 16 rayon qırmızı, 198 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 176 rayon sarı zona hesab olunur.

Teqlər: