Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 213 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 87 324 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 25 441 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 548 704 nəfərə çatıb. Virus daşıyıcılarından 4 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 152 653 nəfər koronavirusdan sağalıb, 25,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 8,81 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 6,52 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,29 min təşkil edir.