Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 202 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 76 433 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 10 145 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 732 152 nəfərə çatıb. Virus daşıyıcılarından 5 468 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 2 196 197 nəfər koronavirusdan sağalıb, 17,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 2,05 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,71 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342 min təşkil edir.