Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 200 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 76 633 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 7 723 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 739 875 nəfərə çatıb. Virus daşıyıcılarından 5 396 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 2 210 851 nəfər koronavirusdan sağalıb, 17,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 2,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,75 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 352 min təşkil edir.