Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 3 163 nəfər koronavirusa (COVID-19) yoluxub, 20 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusa yoluxanların sayı 6 224 196 nəfərə, ölənlərin sayı 132 095 nəfərə çatıb. Virus daşıyıcılarından 1 313 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 066 819 nəfər koronavirusdan sağalıb, 43,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 126 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 12,8 milyon təşkil edir.