İranda daha 185 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 16 310 nəfər koronavirusa (COVID-19)
yoluxub, 185 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 134 238 nəfərə,
yoluxanların sayı isə 6 876 565 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 607 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 373 678 nəfər koronavirusdan sağalıb, 46,3
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 138 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,7 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 54,9 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 21,7 milyon təşkil
edir.