İranda daha 182 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 182 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 86 041 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 20 829 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 394 279 nəfərə çatıb. Virus daşıyıcılarından 3 790 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İndiyədək İranda 3 041 541 nəfər koronavirusdan sağalıb, 24,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə ölkədə 7,05 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,15 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 143 rayon qırmızı və 186 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 119 rayon sarı zona hesab olunur.