İranda daha 177 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID-19) ölüb, 8 427 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 126 303 nəfərə,

yoluxanların sayı isə 5 924 638 nəfərə çatıb. Virus daşıyıcılarından 3 888 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 508 815 nəfər koronavirusdan sağalıb, 35,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 87,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 52,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 88 min təşkil edir.

Twitter:@BaghishovElnur