Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 571 nəfər koronavirusa (COVID-19)
yoluxub, 17 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 131 nəfərə,
yoluxanların sayı isə 7 233 576 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 062 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 992 001 nəfər koronavirusdan sağalıb, 51,2
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 27 milyon təşkil
edir.