Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 162 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 770 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 124 585 nəfərə,
yoluxanların sayı isə 5 821 737 nəfərə çatıb. Virus daşıyıcılarından 4 559 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 361 169 nəfər koronavirusdan sağalıb, 34,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 76,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 49,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 26,8 milyon təşkil edir.
Twitter:@BaghishovElnur