İranda daha 159 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 159 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 409 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125 875 nəfərə, yoluxanların sayı isə 5 899 509 nəfərə çatıb. Virus daşıyıcılarından 4 078 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 468 620 nəfər koronavirusdan sağalıb, 35,1 milyondan çox diaqnoz testi həyata keçirilib.


İranda təxminən 84,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 52 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 80 min təşkil edir.

Twitter:@BaghishovElnur