Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 156 nəfər koronavirusdan (COVID-19) ölüb, 9 096 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 125 519 nəfərə, yoluxanların sayı isə 5 877 456 nəfərə çatıb. Virus daşıyıcılarından 4 184 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 443 243 nəfər koronavirusdan sağalıb, 34,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 82,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 51,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 67,5 min təşkil edir.
Twitter:@BaghishovElnur