Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 153 nəfər koronavirusdan (COVID-19) ölüb, 9 857 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 126 456 nəfərə, yoluxanların sayı isə 5 934 495 nəfərə çatıb. Virus daşıyıcılarından 3 859 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 521 931 nəfər koronavirusdan sağalıb, 35,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 88,2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 52,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 92,8 min təşkil edir.