Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 5 841 nəfər koronavirusa (COVID-19)
yoluxub, 144 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 138 260 nəfərə,
yoluxanların sayı isə 7 102 159 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 428 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 747 070 nəfər koronavirusdan sağalıb, 47,8
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 143 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,2 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55,8 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 24,3 milyon təşkil
edir.