İranda daha 140 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 516 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125 363 nəfərə, yoluxanların sayı isə 5 868 360 nəfərə çatıb. Virus daşıyıcılarından 4 256 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 5 429 982 nəfər koronavirusdan sağalıb, 34,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 81,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 51,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 62,5 min təşkil edir.