Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 135 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 948 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 127 686 nəfərə,
yoluxanların sayı isə 6 012 408 nəfərə çatıb. Virus daşıyıcılarından 3 616 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 643 381 nəfər koronavirusdan sağalıb, 36,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 96,6 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 314 min təşkil edir.
Twitter:@BaghishovElnur