İranda daha 134 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 134 nəfər koronavirusdan (COVID-19) ölüb, 6 430 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 128 406 nəfərə, yoluxanların sayı isə 6 051 642 nəfərə çatıb. Virus daşıyıcılarından 3 477 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 5 720 893 nəfər koronavirusdan sağalıb, 37,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 99,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 604 min təşkil edir.