İranda daha 128 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 128 nəfər koronavirusdan (COVID-19) ölüb, 6 809 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 126 126 nəfərə, yoluxanların sayı isə 5 916 211 nəfərə çatıb. Virus daşıyıcılarından 3 942 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 494 689 nəfər koronavirusdan sağalıb, 35,4 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə, İranda təxminən 86,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 52,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 84 min təşkil edir.

Twitter:@BaghishovElnur