Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 125 nəfər koronavirusdan (COVID-19) ölüb, 6 251 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 128 531 nəfərə, yoluxanların sayı isə 6 057 893 nəfərə çatıb. Virus daşıyıcılarından 3 463 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 734 181 nəfər koronavirusdan sağalıb, 37,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 100 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 56,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 643 min təşkil edir.