İranda daha 123 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 123 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 83 711 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 7 034 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 157 983 nəfərə çatıb. Virus daşıyıcılarından 3 195 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 2 822 704 nəfər koronavirusdan sağalıb, 23,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 5,61 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,41 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,19 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 32 rayon qırmızı və 174 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa, 242 rayon sarı zona hesab olunur.