İranda daha 100 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 100 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 330 nəfərə çatıb.


Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 980 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 754 933 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 839 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 1 499 301 nəfər koronavirusdan sağalıb, 11,7 milyondan çox diaqnoz testi həyata keçirilib.