İranın Fars ostanında 4,6 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 19:28-də baş verib, 10 km dərinlikdə meydana gəlib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.