Aprelin 19-dan 20-ə keçən gecə İranın Qeşm adasında cümə imamı Qulamrza Hacebinin ofisi yandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ofisin yandırılmasına cümə imamının şəriət qaydalarını əsas gətirərək vətəndaşları incitməsinin səbəb olduğu bildirilib.
Qeyd edək ki, son günlər Qulamrza Hacebi ictimai yerlər və obyektlərə gedərək məcburi hicab qaydalarına riayət edilməməsi bəhanəsi ilə vətəndaşları incidir, iş yerlərini bağlatdırırdı.