Prezident seçkilərinin nəticələri ilə bağlı qeyri-rəsmi məlumat yayanlar barədə ölçü götürüləcək.
AzerTimes xəbər verir ki, bunu Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqi deyib.
“İctimai narahatlığa səbəb olan və namizədin erkən qələbəsini bildirən istənilən media fəaliyyəti qadağandır. Qaydanı pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – Afaqi xəbərdarlıq edib.