İranda bu dəfə tələbə qızlar zəhərləndi

İranda bu dəfə tələbə qızlar zəhərləndi

İranın Xuzistan əyalətinin Əhvaz və Abadan şəhərlərində yeni zəhərlənmə halları qeydə alınıb.

AzerTimes xəbər verir ki, Abadan Tibb Elmləri Universitetinin rektoru Seyid Məhəmməd Məhəmmədi şəhərdəki Muin Qızlar Məktəbinin bəzi tələbələrində zəhərlənmə əlamətlərinin olduğunu açıqlayıb.

Rektorun sözlərinə görə, 16 şagird müalicə olunduqdan sonra evə buraxılıb, bir şagirdin müalicəsi isə davam edir.

Qeyd edək ki, zəhərlənmə hallarının qarşısının alınmaması səbəbindən bəzi şəhərlərdə hakimiyyətə etiraz olaraq nümayişlər keçirilib.

Teqlər: