İranın təhlükəsizlik qüvvələri Kirman əyalətində Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, qruplaşmaya daxil olan bir neçə nəfərin ikili vətəndaşlığı olub və yaxın gələcəkdə İranı tərk etməyi planlaşdırsalar da, buna vaxt tapmayıblar. Saxlanılanlar son iğtişaşlar zamanı təxribatda və sui-qəsddə iştirakda ittiham olunurlar.