Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 7 585 nəfər koronavirusa (COVID-19) yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 488 981 nəfərə çatıb. Virus daşıyıcılarından 3 743 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 61 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 58 686 nəfərə çatıb.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 272 287 nəfər koronavirusdan sağalıb, 9,83 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 36 rayon narıncı, 178 rayon sarı, 234 rayon isə mavi zona hesab olunur.