İranda bir gündə 22 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 608 nəfər koronavirusa (COVID-19)
yoluxub, 22 nəfər ölüb.

AzerTimes-ın xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və
Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 962 nəfərə,
yoluxanların sayı isə 7 215 512 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 087 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 963 991 nəfər koronavirusdan sağalıb, 50,7
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 148 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,2 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,4 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 26,8 milyon təşkil
edir.