İranda bir gündə 100 yaxın şəxs koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 481 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 309 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 379 286 nəfərə çatıb. Virus daşıyıcılarından 4 057 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 171 070 nəfər koronavirusdan sağalıb, 8,96 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.