İranda “Bəsic”in iki üzvü öldürüldü

İranda “Bəsic”in iki üzvü öldürüldü

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan nəyalətinin Zahidan şəhərində SEPAH-a bağlı yarımhərbi “Bəsic” üzvləri Məhəmməd Ənvər Qumşadzehi və Əbdülhüseyn Bəluc güllələnərək öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, “Bəsic” üzvləri Zahidan-Bam dəmir yolundakı mühafizə postunda naməlum silahlıların hücumu nəticəsində ölüblər.

Teqlər: