İranda “Bəsic” qüvvələrinə hücum edildi: 1 ölü, 3 yaralı

İranda “Bəsic” qüvvələrinə hücum edildi: 1 ölü, 3 yaralı

İranın Fars əyalətinin Nurabad şəhərində “Bəsic” birləşməsinin zabitlərinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli bildirib.

“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, 3 nəfər xəsarət alıb”, – Sofli bildirib.

Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Şübhəli şəxslər hadisə yerindən qaçıblar.

Onların axtarışına başlanılıb.

Teqlər: