İranda “Bəsic” hərbçisi güllələnərək öldürüldü

İranda “Bəsic” hərbçisi güllələnərək öldürüldü

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində “Bəsic” hərbi dəstəsinin üzvü silahlı cinayətkarlar tərəfindən öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Osman Şah Baxş adlı yerli döyüşçünün Zahidan rayonunun Kurin Sarcanqal bölgəsində silahlı şəxslər tərəfindən öldürüldüyünü bildirilib.

Təhlükəsizlik qüvvələri qətli törədən şəxslərin müəyyən edilərək tutulması üçün axtarışa başlayıb.

Teqlər: