İranın Sistan və Bəlucistan əyalətində kompakt yaşayan sünni məzhəbli etnik bəluclar hökumət əleyhinə nümayiş keçirirlər.
AzerTimes xəbər verir ki, bu barədə bəlic fəallar sosial media şəbəkəsində məlumat yayıblar.
Martın 10-u günorta saatlarında cümə namazından sonra Zahidan şəhərinin Məkki məscidindən küçələrə axışan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər.
Cümə imamı Mövləvi Əbdülhəmid etirazçılardan Əli Xamenei əleyhinə şüarlar səsləndirməməyi xahiş edib, lakin nümayişçilər buna əhəmiyyət verməyib.